Ana səhifə / Araşdırma / “Bandotdel” saxta pul satanı və özünü reketçi kimi aparan şəxsi qandalladı

“Bandotdel” saxta pul satanı və özünü reketçi kimi aparan şəxsi qandalladı

Daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat keçirilib.

Nəticədə qanunsuz dövriyyədən külli miqdarda saxta əsginaslar, narkotik vasitələr çixarılıb və vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs ifşa edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şərur sakini Röyal Nəsirovu 2 min manat saxta əsginası 700 dollara satan zaman saxlayıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun Nərimanov rayonunda kirayədə qaldığı mənzildən 36 ədəd 100 manatlıq, 65 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq və 39 ədəd 5 manatlıq olmaqla 8485 manat saxta saxta pul aşkar edilib.

Baş İdarə əməkdaşları Xaçmaz sakini Cəlal Məmmədova hədə-qorxu gələrək, ondan 3 min manat tələb edən Sumqayıt sakini Mehman Məmmədovu paytaxtın Nizami rayonunda həmin məbləği alarkən tutublar. İndi əməliyyatçılar onun buna bənzər əməllərinin olub-olmamasını araşdırırlar.

Növbəti əməliyyat zamanı isə külli miqdarda narkotik maddənin dövriyyəyə buraxılmasının qarşısını alıb. Polis Siyəzən rayon sakini Röyal İlyasovdu 5 kiloqramdan artıq marixuananı 30 min manata satmaq istəyən zaman iş başında tutub.

Hər üç faktla bağlı Baş İdarəinin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.(Xezerxeber.com)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın