Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Araşdırma / “Bandotdel” “qanuni oğru”nu həbs edə bilmir

“Bandotdel” “qanuni oğru”nu həbs edə bilmir

Dünən azərbaycanlı “qanuni oğru” Yunus Bakinski kimi tanınan 1954-cü il təvəllüdlü Nəzərov Yunus Canəhməd oğlunu Azərbaycan DİN Mütəşəkkil Ciinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları qəbul ediblər.

Bu barədə vesti.az-a hüquq-mühafizə orqanlarından bildiriblər.

Xatırladaq ki, Yunus Bakinski Rusiyadan mühacirət qanunvericiliyini növbəti dəfə pozduğu üçün Moskva-Bakı aviareysi ilə deportasiya edilib.

“Qanuni oğru” Bakı islah əmək müəssisələrində 20 ildən çox saxlanılıb və hələ 1984-cü ildə ad alıb. Son dəfə Nəzərov narkotik vasitələrin satışına görə cəza çəkib. Və 4 il bundan öncə 1 saylı islah əmək koloniyasından azadlığa buraxılıb.

Moskvada Yunus Bakinski “dedovski”lərlə sıx əlaqə saxlayırdı.

Nəzərovun yaxın dostlarından biri mərhum Bəxtiyar Kərimov olub, o, Baxo Novxaninski kimi məşhur idi. O, məşhur və avtoritetli azərbaycanlı “qanuni oğru”lar dəstəsinə aiddir. Nəzərov 2013-cü ilin avqustunda qətlə yetirilən Əlibala Həmidov (Qoca) və Bakının 8 saylı koloniyasında cəzasını çəkən Nadir Səlifov (Lotu Quli) ilə dostluq edirdi.

2008-ci ildə Yunus Bakinskiyə sui-qəsd olub. Oktyabr ayının 15-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 1 saylı koloniyasında cəza çəkən 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev yatan Yunus Nəzərova balta ilə zərbə endirib.

Yunus Nəzərov Lotu Quli ilə Rövşən Caniyevə qarşı “proqon”a imza atanlardandır. Əldə olan məlumata əsasən o, buna görə “qanuni oğru” avtoritet Zaxari Kalaşev (Şakro Molodoy) qarşısında cavab verməli olacaq.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarından bildirildiyi kimi, Yunus Bakinskini “Bandotdel”in qəbul etməsinə baxmayaraq onu cinayət məsuliyyətinə cəlb etməyə hələ ki, səbəb yoxdur. Digər tərəfdən isə asayiş keşikçiləri “qanuni oğru”nun ölkədə uzun müddət qalmasına dözmək fikrində deyillər və onu hansısa üçüncü ölkəyə göndərməyi planlayırlar.(oxu.az)

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın