Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Araşdırma / Balakəndə naməlum xəstəlik yayılıb? – Nazirlikdən açıqlama

Balakəndə naməlum xəstəlik yayılıb? – Nazirlikdən açıqlama

Səhiyyə Nazirliyi Balakəndə xəstəlik yayılması haqqında dolaşan xəbərlərə reaksiya verib.
Mia.az xəbər verir ki, nazirlik sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatların doğru olmadığını açıqlayıb.
Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb: “Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb”.

Həmçinin oxuyun

SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur

Müstəqil ekspertlərin əksəriyyəti Azərbaycanda büdcə vəsaitlərinin xərclənməsində ən çox şişirtmələrə və korrupsiya hallarına yol verilən …