Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “BakuBus”la “Maserati” toqquşdu

“BakuBus”la “Maserati” toqquşdu

Xətai rayonunda yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, 8 saylı “BakuBus”un avtobusu “Maserati” markalı avtomobillə toqquşub.

Qəza rayonun Afiyəddin Cəlilov küçəsində qeydə alınıb. Sərnişin avtobusu sola dönən zaman “Maserati”ni gözləməyib. Nəticədə toqquşma baş verib. Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Faktla əlaqədar araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın