Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıya kameralı eynək gətirən QHT sədrinə 13 il cəza istənildi

Bakıya kameralı eynək gətirən QHT sədrinə 13 il cəza istənildi

Prokuror mənimsəmədə təqsirləndirilən QHT sədrinə cəza istəyib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən QHT sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib və İ.Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə prosesi yanvarın  24-nə təyin edilib.
Bildirək ki, Moskva-Bakı aviareysi ilə gələn İlqar Əliyevin şəxsi əşyaları arasında gömrük nəzarətinə təqdim olunmayan metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.
İ.Əliyev izahatında “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın