Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Bakıya gəzməyə gələn 2 bacı dənizdə boğuldu – Dəhşətli faciə

Bakıya gəzməyə gələn 2 bacı dənizdə boğuldu – Dəhşətli faciə

Xəbər verdiyimiz kimi, dünən dənizdə batan 16 yaşlı qızın cəsədi ailəsinə təhvil verilib.

Qafqazinfo“nun FHN-ə istinadən yaydığı məlumatda qeyd olunurdu ki, hadisə Binəqədi rayonu ərazisində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralıda nəzarətsiz ərazidə) baş verib.

2000-ci il təvəllüdlü, Əliyeva Səmayə Vasif qızının cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

APA-nın bu gün yaydığı məlumata görə, Səmayə Əliyeva ilə yanaşı bacısı, 2002-ci il təvəllüdlü Aytac da dənizdə çimərkən boğularaq ölüb. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş.

***

Lent.az-ın məlumatına görə, dünən axşam saatlarında Novxanı qəsəbəsinin dəniz sahili ərazisində (Aqua Parkdan Pirşağıya gedən istiqamətdə boş ərazidə) Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə boğularaq ölüb.

Bildirilir ki, iki bacı valideynləri ilə birgə dünən çimərliyə gedib. Valideynləri qızlar göbəyədək suda olarkən onları nəzarətdə saxlayırmış. Bu zaman bir anlıq uşaqlardan gözlərini çəkən valideynlər az sonra onların suda itdiyinə görüblər və kömək çağırıblar.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın