Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıya bomba həyəcanı yayan 14 yaşlı yeniyetmə saxlanıldı

Bakıya bomba həyəcanı yayan 14 yaşlı yeniyetmə saxlanıldı

Paytaxtda terrorçuluq barədə bilə-bilə yalan məlumat verən şəxs tutulub.

Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, mayın 15-də saat 12.41-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin “112” Xidmətinə zəng edərək “Sərhədçi stadionunda bomba var, adam göndərin”, – deyərək telefonu söndürüb.

DİN-in “102 Zəng Mərkəzi”, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və Nərimanov RPİ əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 14 yaşlı X.M. müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın