Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Bakıxanovda sürücü piyada keçidindən keçən kişi və qadını döydü

Bakıxanovda sürücü piyada keçidindən keçən kişi və qadını döydü

Paytaxtın Sabunçu rayonunda iki piyadanın döyülməsi ilə nəticələnən insident baş verib.

“Report”un xəbərinə görə, Bakıxanov qəsəbəsində piyada keçidindən keçən Abıyeva Lətafət və 30 yaşlı Quliyev Elvin Habil oğlu həmin küçə ilə hərəkətdə olan avtomobillərdən birinin sürücüsü tərəfindən təhqir olununb.

L.Abıyeva sürücüyə cavab qaytardıqda isə avtomobildən enən iki şəxs qadına yaxınlaşaraq onu itələyib və yerə yıxıb. E.Quliyevin isə baş və bədən nahiyələrinə ağır xəsarət yetirilib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın