Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Bakının məşhur otelində qətl- Məşqçi bıçaqlandı, 1 nəfər öldü

Bakının məşhur otelində qətl- Məşqçi bıçaqlandı, 1 nəfər öldü

Ötən gün axşam saat 21.00 radələrində Bakıda qətl törədilib. ” Azinforum.az ” APA TV-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən “Avropa” otelində qeydə alınıb. Məlumata görə, biri Azərbaycan MMA (qarışıq döyüş növləri) üzrə komandanın məşqçisi, tanınmış idmançı Ruslan Əfəndiyev olmaqla, 2 nəfər bıçaqlanıb.

 

İlkin məlumata görə, otelin idman zalında  qarışıq döyüş növləri üzrə Azərbaycan yığmasının  məşqçisi Ruslan Əfəndiyev və banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edirmiş. Bu zaman onlar və hələlik kimliyi məlum  olmayan şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxs bıçaqla Azərə ürək nahiyəsindən, Ruslan Əfəndiyevə isə, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.

Məlumata görə, Azər  adlı şəxs aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Ruslan Əfəndiyev isə, özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Hadisə yerindən qaçan naməlum şəxsin tutulması istiqamətində Nəsimi Rayon Polis İdarəsi və 20-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın