Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakının mərkəzində ağ xalatlı qızların «oylağı»

Bakının mərkəzində ağ xalatlı qızların «oylağı»

Çobanzadə küçəsindəki adsız əxlaqsızlıq yuvasına yaxın duran «yanır»

Bakı və ətraf şəhər və rayonlarda əxlaqsızlıq yuvalarının sayının həddindən artıq çox olduğu kimsəyə sirr deyil. Bununla bağlı dəfələrlə aparılan araşdırmalar və müşahidələr də təsdiq edib ki, prosesi önləmək üçün DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bəzi hallarda aciz qalır. Və ya bəzi obyektlərin bu kimi fəaliyyətinə göz yumurlar.

JAM.AZ xəbər verir ki, belə obyektlərdən biri də Bakıda yerləşir. Adı olmayan, amma Nərimanov rayonu Çəmənzəminli küçəsində yerləşən, lakin adı olmayan bu binada qadın alveri ilə şıdırğı məşğul olunduğu vurğulanır. Bildirilir ki, həmin «yuva»nı kənardan massaj yeri kimi təqdim etsələr də, içəri daxil olduqdan sonra digər bir mənzərə gözə girməyə başlayır.

Məlumat üçün bildirək ki, həmin əxlaqsızlıq yuvası ilə bağlı dəfələrlə edilən şikayətlərə isə baxan yoxdur. Üstəlik, bu məsələnin mətbuata çıxarılmasını önləyən adamlar da az deyil. Onlar haqqında bizdə yetərli qədər məlumat olsa da, etika xatirinə açıqlamırıq.

JAM.AZ-a verilən məlumata görə, Çəmənzəminli küçəsində yerləşən bu adsız əxlaqsızlıq yuvasında massajın qiyməti 25 manat nəzərdə tutulub. Amma bu pul sadəcə bəhanədir və ondan başqa qazanc yerləri mövcuddur. Belə ki, bu adsız obyektdə oradakı qadınlarla intim əlaqədə olmaq da 20 manat hesablanır. Masa üzərinə hər hansı bir içəcək və ya yemək gələrsə, o zaman qiymətlər də kəllə-çarxa çıxır. Əslində isə qızların fırıldağı nəticəsində «zifah otağındakı» masanın qiyməti 150-200 manata qədər gəlib çıxır.

İşin ilginc tərəfi isə bir başqadır. JAM.AZ-ın əməkdaşının apardığı araşdırma zamanı məlum olub ki, bu adsız əxlaqsızlıq yuvasında qızlara ağ həkim xalatı geyindirirlər. Və bunun hansı məqsədlə edildiyi müəmma olaraq qalır.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın