Ana səhifə / Araşdırma / Bakılı milyarderlərin işi: saxta tibbi rəy verdiyi üçün həkimə cinayət işi açıldı

Bakılı milyarderlərin işi: saxta tibbi rəy verdiyi üçün həkimə cinayət işi açıldı

Rusiyada “quldarlıqda” ittiham edilərək həbs olunan azərbaycanlı milyarder Januko Rafailov və onun qardaşı, hazırda İsraildə olan Don Rafailovun işi üzrə yeni fiqurant meydana çıxıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu, Januko Rafailovun onkoloji xəstə olması haqda saxta tibbi rəy verən həkim Vadim Okutovdur. Bildirilir ki, həkimin Rafalov haqda belə rəy verməsini digər azərbaycanlı milyarder, istintaq rəsmisinə rüşvət vermək ittihamı ilə həbs olunan Roman Manaşirov təşkil edib.

Nəticədə Manaşirova qarşı yeni ittiham-vəzifə səlahiyyətlərini aşmağa sövq etmə maddəsi ilə ittiham irəli sürülüb. Saxta rəyi verən həkim Vadim Okutov barəsində isə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə iş qaldırılıb. Lakin onların heç biri bu ittihamlar üzrə özlərini təqsirli hesab etmir.

Eləcə də Manaşirov Januko Rafailovun işini aparan müstəntiqlər Valeri Rubaşkinə və Vladimir Andriyevskiyə rüşvət verdiyini təsdiqləmir. Rusiya mətbuatı yazır ki, həbsdəki oliqarx özünün biznes-partnyoru, Dövlət Dumasının deputatı İldar Samiyevin dəstəyinə ümid edir.

Xatırladaq ki, Januko Rafailov Moskvada yüzlərlə vyetnamlının qul kimi istismarını təşkil etməkdə ittiham olnaraq 2014-cü ildə həbs olunub. O, Telman İsmayılovun keçmiş şərikidir. Rafailovun qardaşı Don Rafailov isə Moskvada daşınmaz əmlak biznesi ilə məşğul olan iri biznesmen olub, lakin qardaşının həbsindən bir müddət sonra onun da barəsində vergidən yayınma ittihamı ilə cinayət işi qaldırılıb. Bununla belə Ron Rafailov həbsinə order verilməzdən əvvəl Rusiyadan qaça bilib və vətəndaşlığını daşıdığı İsrailə yerləşib.

Rafailov qardaşları Bakıda anadan olublar, 90-cı illərin əvvəllərində Moskvaya gediblər və sonradan iri biznesmen-oliqarxlara çevriliblər.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın