Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıdan Tovuza qonaq getdi – Qəlpə yaraları aldı

Bakıdan Tovuza qonaq getdi – Qəlpə yaraları aldı

Tovuz rayonuna qonaq gedən Bakı şəhər sakini partlayış nəticəsində qəlpə yaraları alıb.

“ Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə, Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Hidayət Qasımov Tovuz rayonunun Əlibəyli kəndində qonaq getdiyi evin həyətində gəzən zaman naməlum səbəbdən partlayış baş verib. Nəticədə H.Qasımov bədəninin yuxarı hissəsinin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb.

Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilən Hidayət Qasımova bədənin yuxarı ətrafında çoxsaylı qəlpə yaraları diaqnozu qoyulub.

Ona dərhal tibbi yardım göstərilib, qəlpələr bədənindən çıxarılıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın