Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Araşdırma / Bakıdakı məşhur oteldə oğurlanmış girov saxlanılırmış

Bakıdakı məşhur oteldə oğurlanmış girov saxlanılırmış

Azərbaycan Daxili İşlər Nazirliyindən virtualaz.org-a bildirilib ki, cinayətdə adları hallanan və istintaqdan yayınmağa müfəffəq olmuş digər şəxslərin-Emin və Turqutun yaxalanması üçün müvafiq əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanın hüquq-mühafizə orqanlarına məlum olub ki, paytaxtdakı “Baku Grand Hotel”də girov saxlanılır.
Mart ayında adam oğurluğu faktı üzrə cinayət işi açılıb. Bu barədə virtualaz.org saytına Nərimanov Rayon Polis İdarəsindən bildirilib.
Ondan əvvəl isə…
Martın 24-də Bakı şəhər sakini Rüzigar Əliyev ərizə ilə polisə müraciət edərək martın 12-də qızı Gülərin ona xəbər vermədən evdə olan 3500 manat və 19000 ABŞ dolları, habelə bir cüt qızıl sırğanı tanışı, Bakı şəhər sakini Səbuhi Əliyevə verdiyini bildirib.
Nərimaov RPİ 16-cı polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla paytaxt sakini Səbuhi Əliyevin həmyerliləri Samir İsayev, Nicat İsmayılov, Emin və Turqut adlı şəxslərlə birgə Güləri aldadıb qeyd edilən pulu və qızıl əşyanı alması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Həmçinin N.İsmayılovun əldə olunmuş puldan 9600 ABŞ dollarını gizlətdiyi üçün cari il mart ayının 18-də qrupun digər üzvləri tərəfindən oğurlanaraq əl-qolunu bağlanılaraq yuxarıda adı çəkilən, Binəqədi rayonu. Naxçıvani küçəsində yerləşən oteldə saxlanılması, lakin onun bir gün sonra oradan qaçması da müəyyən edilib.
16-cı polis bölməsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əliyev, S.İsayev və N.İsmayılov tutulublar.
Adam oğurluğu faktı üzrə cinayət işi araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndəriləcək.

Həmçinin oxuyun

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib. …

Bir cavab yazın