Bakıda kompüter salonlarına qənim kəsilmiş şəxs saxlanılıb.
Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus kompüter salonundan oyun aparatı oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Ayaz Məhərrəmov tutulub.
Onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 7 nəfərə məxsus kompüter salonlarından oyun aparatı və məişət əşyaları oğurlaması da müəyyən edilib.