Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıdakı dəhşətli qəzanın görüntüləri yayıldı

Bakıdakı dəhşətli qəzanın görüntüləri yayıldı

Bakının Sabunçu-Zabrat yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

Məlumata görə, yaylan videoda qəza zamanı yük maşınının sürücüsünün kabinədə sıxıldığı görünür. Hadisə şahidləri isə sükan arxasında sıxılan sürücünü çıxartmağa çalışırlar.

Qeyd edək ki, bu gün Bakının Sabunçu-Zabrat yolunda “Shacman” markalı yük maşını 214 saylı “Daewoo” markalı avtobusla toqquşub. Hadisə Zabratdan şəhərə gələn istiqamətdə ensiz yolda baş verib.

Qəza zamanı 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 3 nəfər ölüb.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza yük maşınının sürücüsünün günahı üzündən olub.

“Avtobusu idarə edən sürücü Bayram şəhər istiqamətinə hərəkət edərkən görüb ki, qarşı tərəfdən iki “Shacman” markalı yük maşını gəlir. Yük maşınları ötüşürmüşlər. Onlar avtobusa yol verməyiblər, nə də sürəti azaltmayıblar. Avtobus sürücüsü nə qədər etsə də, qəza qaçılmaz olub” – deyə Vüqar İbrahimli bildirib.

*   *   *15:02

Bakının Sabunçu-Zabrat yolunda baş verən dəhşətli qəzada 19 nəfər yaralanıb, 3 nəfər ölüb.

ANS PRESS-in məlumatına görə, yaralılardan 12 nəfəri xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, bu gün Bakının Sabunçu-Zabrat yolunda “Shacman” markalı yük maşını 214 saylı “Daewoo” markalı avtobusla toqquşub. Hadisə Zabratdan şəhərə gələn istiqamətdə ensiz yolda baş verib.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza yük maşınının sürücüsünün günahı üzündən olub.
“Avtobusu idarə edən sürücü Bayram şəhər istiqamətinə hərəkət edərkən görüb ki, qarşı tərəfdən iki “Shacman” markalı yük maşını gəlir. Yük maşınları ötüşürmüşlər. Onlar avtobusa yol verməyiblər, nə də sürəti azaltmayıblar. Avtobus sürücüsü nə qədər etsə də, qəza qaçılmaz olub” – deyə Vüqar İbrahimli bildirib.
Qeyd edək ki, qəza zamanı 2 nəfər hadisə yerində keçinib. Bir nəfər də yolda dünyasını dəyişib. Qəzada ölən iki nəfər 17-18 yaşlarında oğlanlardır. Qəza zamanı yaralananların 4-nün vəziyyəti isə nisbətən ağırdır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

*   *   *12:18

Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. 
Hadisə şahidi İlkin Həsənlinin ANS PRESS-ə verdiyi məlumata görə, saat 11:40 radələrində Sabunçu-Zabrat yolunda “KamAZ” və 214 saylı xətdə işləyən sərnişin avtobusu toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var.
Şahidin sözlərinə görə, bir neçə Təcili Tibbi Yardım maşını və Fövqəladə Hallar Nazirliyinin işçiləri hadisə yerindədirlər.
Ölən və yaralananların sayı, qəzanın səbəbi haqqında hələlik heç bir məlumat yoxdur. İlkin məlumata görə, iki nəfər ölüb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın