Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıdakı dəhşətli qəzada ölən məmurun kimliyi açıqlandı

Bakıdakı dəhşətli qəzada ölən məmurun kimliyi açıqlandı

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Xətai rayonunun Nobel prospektində “Mercedes” markalı, 10 OK 280 dövlət qeydiyyat nişanlı avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Nəticədə avtomobili idarə edən 1979-cu il təvəllüdlü Qurbanov Ramin Mərdan oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzada həyatını itirən 37 yaşlı Ramin Qurbanov Xətai rayonu üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləyib.

Azinforum.az

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın