Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Bakıda zəhərlənən tələbə – “McDonalds”ı məhkəməyə verir

Bakıda zəhərlənən tələbə – “McDonalds”ı məhkəməyə verir

“McDonalds”da yediyi qamburgerdən zəhərlənən tələbə Səid Paşayev restoranlar şəbəkəsini məhkəməyə verir.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə BakiPost.az-a S.Paşayev özü məlumat verib. Onun sözlərinə görə, zəhərlənməsi ilə bağlı restorana məlumat versə də, onunla maraqlanan olmayıb. Bu səbəbdən zərərçəkən məhkəməyə üz tutub.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Səid Paşayev 16.03.2017-ci il tarixində “McDonalds”ın 28 mall ticarət mərkəzində yerləşən filialında 1 manat 50 qəpiyə qamburger alıb, yeyib. Daha sonra isə axşam saatlarına yaxın özünü pis hiss edib və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəstəxanada ona qida mənşəli kəskin allergik reaksiya diaqnozu qoyulub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın