Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Araşdırma / Bakıda yol polisləri sürücünü döyüb? – Rəsmi açıqlama+ Video

Bakıda yol polisləri sürücünü döyüb? – Rəsmi açıqlama+ Video

Bakının Şəmsi Bədəlbəyli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində Dövlət Yol Polisi əməkdaşları ilə avtomobil sürücüsü arasında mübahisə baş verib.

“ Azinforum.az ” ın Azxeber.com-a istinadən məlumatına görə, videogörüntülərdə DYP əməkdaşlarının sürücüyə zor tətbiq etməsi əks olunub.

Yol polisinin əməkdaşları sürücünün üst geyimindən tutaraq zorla maşına mindirməyə çalışsalar da, sürücü onlardan yaxa qurtarmağa çalışıb.

Maraqlı olan bir digər məqam isə görüntüləri lentə alan şəxsin Bakıya gələn xarici turistlərdən biri olmasıdır. Çəkiliş zamanı o “Bu, vəhşilikdir və bunu hər kəs görməlidir” deyə öz fikrini bildirir.

Məsələ barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov Oxu.az-a bildirib ki, videogörüntü bir ay əvvəl çəkilib:

“Hadisə yerində polis sürücünü döyməyib. Üç mülki şəxs mübahisə edib. Onlardan biri sərxoş olub. Polislər onları sakitləşdirməyə çalışıblar”.

V. Əsədov qeyd edib ki, hazırda Bakı şəhər Baş Polis İdarəsi tərəfindən hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

 

 

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …