Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıda xanım jurnalisti küçə itləri dişlədi – Dayanacaqda

Bakıda xanım jurnalisti küçə itləri dişlədi – Dayanacaqda

“Bir neçə saat əvvəl mən küçə itlərinin qurbanına çevrildim. Evdən çıxıb yolu keçərək, dayanacaqda durmağımla küçə itlərinin üstümə cumması an məsələsi oldu”.
Modern.az xəbər verir ki, jurnalist Ağanisə Sultanova xoşagəlməz hadisə ilə üzləşdiyi haqda məlumat verərkən belə söyləyib.
“Hələ də inana bilmirəm… Bibiheybətdən “Jurnalistlər binası”na tərəf gələn yolda onlarla avtomobil dayandı, tanımadığım insanlar məni xilas etdilər”.
A.Sultanova deyib ki, həmin anda özünü itirsə də, itlərin onun ayağını necə parçaladıqlarını görüb:
“Tanımadığım gözəl ürəkli, mərhəmətli insanlar, bir də jurnalist Etibar Cəbrayıloğlunun ağılll ovladı Turanın yardımını unutmayacağam. Əvvəlcə təcili tibbi yardıma, sonra da “Semaşko xəstəxanası”na götürdülər. Çox qorxuram, hələ də kabus gözlərim qarşısından getmir.  Özünüzü, ovladlarınızı, yaxınlarınızı küçə itlərindən qoruyun, xüsusən də 20-ci sahədə”,- Ağanisə Sultanova bildirib.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın