Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Bakıda xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı

Bakıda xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı

Dünən Bakıda 10 yaşlı uşaq itkin düşüb.

“ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayon sakini olan Aynur Mirağayeva (adlar şərtidir) polisə müraciət edərək bildirib ki, 10 yaşlı oğlu Elçin Canqayev naməlum şəraitdə itkin düşüb. Belə ki, uşaq xalası Gülnurla birgə Suraxanı rayon Qaraçuxur qəsəbəsi ərazisindəki 15 saylı polklinikaya gedib. Burada bir neçə dəqiqə nəzarətsiz qalan azyaşlı xəstəxana binasını tərk edərək naməlum istimqamətə gedib.

Artıq 32-ci Polis Bölməsinin məkdaşları 10 yaşlı uşağın axtarışlarına başlayıb.

Ailə üzvlərinin dediyinə görə, itkin düşən uşaq fikirlərini ifadə etməkdə çətinlik çəkir.

Axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın