Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda xəstəxanada intihar hadisəsi baş verib

Bakıda xəstəxanada intihar hadisəsi baş verib

Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar hadisəsi baş verib.
“Report”un xəbərinə görə, 64 yaşlı Yuriy Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən yerə ataraq intihar edib.
Faktı “Report”a təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay  əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuriy Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.
Onun meyiti morqa təhvil verilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın