Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda uşaq bağçasında “Kasıblar” və “VİP” qrupları yaradılıb? – Araşdırma başladıldı

Bakıda uşaq bağçasında “Kasıblar” və “VİP” qrupları yaradılıb? – Araşdırma başladıldı

Bakı şəhəri, Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasında “Kasıblar” və “VİP” qrupların yaradılması ilə bağlı araşdırma aparılır.

Bu barədə azvision.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı valideynlər və direktorla görüş keçirilib, onların şikayətləri dinlənilib: “Valideynlər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovun qəbulunda olublar. Hər iki tərəf dinlənildikdən və məsələ araşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …