Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda türmədə daha bir nikah bağlandı

Bakıda türmədə daha bir nikah bağlandı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təcridxanada saxlanılan Tağıyev Emin Səyfər oğlu ilə vətəndaş Baxışova Firuzə Tofiq qızının müraciətləri əsasında onların nikah mərasiminə Penitensiar Xidmət tərəfindən şərait yaradılıb.

4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi Hacıyeva Aynurə İlham qızı tərəfindən qeydə alınan nikah mərasimində Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.

Ailə quran məhkumlar yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın