Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakıda toyda qətl – Aşıq Əlinin qohumu öldürüldü

Bakıda toyda qətl – Aşıq Əlinin qohumu öldürüldü

Bakıda toy mərasimində qətl törədilib.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, rayonun Qobustan qəsəbəsindəki “Qobustan” şadlıq evində keçirilən mərasimə qonaq kimi dəvət olunmuş 1989-cu il təvəllüdlü Vüsal Ağa oğlu Nemətov aralarında yaranmış şəxsi münaqişə zəminində 1979-cu il təvəllüdlü Fəxri Kamal oğlu Kərimovu bıçaqlayıb. F. Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. V. Nemətov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

***

Report agentliyinin məlumatına görə, F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

***

“Qafqazinfo” məsələ ilə bağlı Aşıq Əli ilə əlaqə saxlayıb.  O, Fəxri Kərimovun qohumu yox, dostu olduğunu söyləyib.

“Məsələdən xəbərim var. O, mənim qohumum deyil, dostumdur. Biz bir arada böyümüşük, qohumdan da artıq olmuşuq”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın