Ana səhifə / Araşdırma / Bakıda tanınmış xanım idmançının evindən oğurluq edənlərdən biri rəfiqəsinin bacısı imiş

Bakıda tanınmış xanım idmançının evindən oğurluq edənlərdən biri rəfiqəsinin bacısı imiş

Məşhur xanım idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcova hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, onların cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinə davam etdirilib.

Hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlunatlatı dəqiqləşdirilib.

Məlum olub ki, ibtidai istintaq dövründə N.Fərəcova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. N.İsrafilovun əvvəllər məhkumluq həyatı yaşadığı elan olunub. Məhkəmənin baxış avqustun 8-nə təyin edilib.

Xatırladaq ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonundakı mənzilindən seyf oğurlanıb.

Bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Daha sonra Nərgiz Fərəcova ev dustaqlığına buraxılıb.

Məlum olub ki, Nərhiz Fərəcova idmançı Fəridə Əzizovanın rəfiqəsinin bacısıdır.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …