Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda tanınmış şirkətin işçisi qəza törətdi: özü, arvadı və oğlu yaralandı

Bakıda tanınmış şirkətin işçisi qəza törətdi: özü, arvadı və oğlu yaralandı

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” bildirir ki, H.Əliyev prospekti 109-un qarşısında Bakı şəhər sakini, 52 yaşlı İbrahim Qədimov sürdüyü “Chevrolet” markalı avtomobilin idarəetməsini itirərək maşını işıq dirəyinə vurub.

Hadisə nəticəsində İ.Qədimov özü, arvadı – 47 yaşlı Aidə Zeynalova və oğlu – 12 yaşlı İsmayıl müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, qəzaya uğrayan “Chevrolet” markalı avtomobil “Performance Center” şirkətinə məxsusdur.

Xatırladaq ki, “Performance Center” şirkəti 1997-ci ildə ABŞ istehsalı olan Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayıb. 2004-cü ilin sentyabr ayından etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərini təqdim edir.

2006-ci ilin fevral ayından etibarən isə “Performance Center” Şirkəti Koreya istehsalı olan Chevrolet avtomobillərin sifarişinə və satışına başlayıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın