Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Bakıda tək yaşayan polis əməkdaşının meyiti tapıldı – TƏFƏRRÜAT

Bakıda tək yaşayan polis əməkdaşının meyiti tapıldı – TƏFƏRRÜAT

Dünən Bakıda dəm qazından boğularaq ölən polis əməkdaşı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev 7 ünvanında kirayədə yaşayan 1991-ci il təvəllüdlü Səmidov İsmayıl Vahid oğlu Mühafizə Polisinin əməkdaşı olub. Hacıqabul rayonunda doğulmuş və ailəsi bu rayonda yaşayan 25 yaşlı polis əməkdaşı həmin evdə tək qalırmış. Onun meyitini dünən günorta saatlarında evə gələn qohumu aşkarlayıb.

Məlum olub ki, İ.Səmidov İran istehsalı olan qızdırıcı sobanın otağa buraxdığı dəm qazından zəhərlənərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

*****
27 noyabr
Bakıda polis əməkdaşı dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Səidov İsmayıl Valeh oğlu kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı Səbail Prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın