Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Bakıda “Təcili yardım” qəzaya düşüb – Xəstə ölüb, tibb bacısı…

Bakıda “Təcili yardım” qəzaya düşüb – Xəstə ölüb, tibb bacısı…

Bakıda “Təcili yardım” avtomobili qəzaya uğrayıb, xəstə ölüb.

” Azinforum.az ” “Report“a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda baş verib.

Belə ki, Suraxanı rayonu 11 saylı Təcili Yardım Stansiyasının 24 nömrəli “Təcili yardım” avtomobili çağırış əsasında Hövsan qəsəbəsi Koorporativ ev 14 ünvanından kəskin mədə ağrısı ilə 61 yaşlı Əliyev Faiq Qədir oğlunu xəstəxanaya çatdırmaq istəyib. Hövsan yolunda “Azsamand” markalı avtomobil qəfildən “Təcili yardım” maşınına çırpılıb.

Əraziyə digər “Təcili yardım” avtomobili cəlb edilib. Lakin qəza nəticəsində yaralanan F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun yanındakı tibb bacısı isə qəza zamanı xəsarət alıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın