Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Bakıda sürücünü cərimələyən yol polisi özü qanun pozdu – Video

Bakıda sürücünü cərimələyən yol polisi özü qanun pozdu – Video

Bakıda yol polisi motosiklet sürücüsünü qayda pozduğuna görə saxlayıb.

“ Azinforum.az ” ın “Baku.ws”ə istinadən məlumatına görə, yol polisi sürücünün motosikletinə minərək cərimə meydançasına yollanıb. Bu qəribə mənzərə ətrafdan keçən insanların marağına səbəb olub.

Adətən, bu cür hallarda motosiklet evakuator vasitəsilə cərimə meydançasına aparılır. Ancaq bu dəfə yol polisi şəxsən motosikletə minərək cərimə meydançasına yollanıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, yol polisi əməkdaşı motosikletə minərək nəqliyyat vasitəsini cərimə meydançasına apara bilər: “Ancaq bu halda mütləq yol polisi əməkdaşı başına dəbilqə taxmalıdır. Bununla yanaşı, sürücünün pozduğu qaydaya uyğun olaraq bu prosedur dəyişə bilər. Məsələn, sürücülük vəsiqəsində problem varsa, bu halda mütləq digər üsullardan istifadə edilməlidir”.

 

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın