Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakıda sürücü ilə yol polisi arasında əlbəyaxa dava

Bakıda sürücü ilə yol polisi arasında əlbəyaxa dava

Bakıda sərxoş sürücü ilə yol polisi əməkdaşları arasında dava düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində baş verib. Bakı sakini Tural Zeynalov özünə məxsus “Mercedes” markalı avtomobili sərxoş vəziyyətdə təhlükəli idarə etdiyi üçün ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün əməkdaşları Nazim Əzizov və Bərşad Adıgözəlov tərəfindən saxlanılıb.

Sürücü T.Zeynalov polis əməkdaşlarına qarşı zorakılıq hərəkətləri edərək onlara xəsarət yetirib, başı ilə vuraraq polislərin xidməti avtomobili olan “Fiat Doblo”nun şüşəsini sındırıb. T.Zeynalov saxlanılıb, Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın