Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda şlaqbaum küçəyə yolu məhdudlaşdırıb – GİLEY

Bakıda şlaqbaum küçəyə yolu məhdudlaşdırıb – GİLEY

Xəbər verdiyimiz kimi Bakı şəhəri, Yasamal Rayonu 528-ci məhəllənin Ələsgər Ələkbərov və Məmməd Rahim küçəsinə baxan girişlərinə şlaqbaum çəkilib.

Şikayətçi Zaur Nəcəfov bu barədə Cebhe.info-ya məlumat vermişdi. Şikayətçinin sözlərinə görə, avqustun 12-dən etibarən yaşadığı məhəllənin girişlərinə şlaqbaum çəkilib. O bildirib ki, bu şlaqbaumlar əhalidən yığılan vəsait hesabına alınıb. O vaxtdan başlayaraq, Ələsgər Ələkbərov və Məmməd Rahim küçəsinə baxan girişlər bağlanıb. Məsələ ilə əlaqədar olaraq, bir neçə quruma, Yasamal Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Naizrliyi, Daxili İşlər Nazirliyinə də müraciət edilsə də, heç bir tədbir görülməyib.

Ötən gün redaksiyamıza yenidən müraciət edən şikayətçinin sözlərinə görə, ünvanlanan məktublara görə cavab göndərilsə də, heç bir tədbir görülməyib. Qurumlar məsuliyyəti üzərlərindən atıblar.

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal İstismar Sahəsindən Z.Nəcəfova bildirilib ki, Yasamal rayon icra hakimiyyəti bu məsələdə günahkardır. 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …