Ana səhifə / Araşdırma / Bakıda şirkət rəhbərindən polisə şikayət olundu

Bakıda şirkət rəhbərindən polisə şikayət olundu

Bakıda tikinti şirkətinin rəhbəri ilə bağlı polisə şikayət olunub.

Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Südabə Mahmudağa qızı Səmədova 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bu ilin iyul ayında “Ozibəy” MMC-nin direktoru,1972-ci il təvəllüdlü Abbas Hacı oğlu Hacıyevə mənzil almaq məqsədi ilə 36 min manat verdiyini, lakin A. Hacıyevin mənzili başqa şəxsə satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın