Cümə , Dekabr 4 2020
Ana səhifə / Araşdırma / Bakıda seyid sabiq məmurun arvadından 30 min dollar alıb: “Ölüm gəlir dedi”

Bakıda seyid sabiq məmurun arvadından 30 min dollar alıb: “Ölüm gəlir dedi”

Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. O, sabiq məmurun və xanımının külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Ramella Allaheverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Fərqanə Babayeva ifadə verib. O, bildirib ki, təqsirləndirilən Ayaz Məhərrəmov və dostu Azadi Paşayev tərəfindən dələduzluğa məruz qalıb.

Zərərçəkmiş qadının sözlərinə görə, Azadi Paşayev qızına elçi gəlib. Azadi Paşayev zərərçəkmiş qadının qızını öz oğluna istəyib. Fərqanə Babayeva məhkəmədəki ifadəsində deyib ki, nişanda Azadi Paşayev onlara birlikdə biznes qurmağı təklif edib. Şərikli biznes qurmaq üçün obyektlərini sataraq külli miqdrda nağd pulu Azadi Paşayev və Ayaz Məhərrəmova verdiklərini deyən Fərqanə Babayeva ümumilikdə 194 min manat zərər gördüklərini söyləyib.

Məhkəmədə o da məlum olub ki, Fərqanə Babayeva təkcə biznes qurmaq üçün külli miqdarda pul itirməyib. O, həmçinin “ölməmək üçün” də seyidə pul verib.

F.Babayeva başına gələnləri belə danışıb: “Nişandan bir müddət sonra Azadi Paşayevin həyat yoldaşı Mətanət evimizə seyid gətirdi. Həmin ərəfədə mən əməliyyata getməli idim. Mətanət dedi ki, “fala baxdırmışam, sənə ölüm gəlir”. Buna görə də seyidə pul vermək lazım olduğunu söylədi. Bu məqsədlə Mətanətin gətirdiyi seyidə 30 min dollar verdim”.

İttihama görə, Fərqanə Babayevaya və həyat yoldaşı Ramin Babayev iş qurmaq adı ilə Azadi Paşayev və Ayaz Məhərrəmova 194 min manat verib. Bu hadisələrdən sonra yeni qohumların nişan mərasimi pozulub.

Məhkəmədə o da məlum olub ki, Azadi Paşayev pulu götürərək Türkiyəyə qaçıb. Zərərçəkmişlərin şikayəti əsasında cinayət işi başlanıb, iş üzrə A.Məhərrəmov məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Azadi Paşayevin işi ayrılıb və istintaqı gedir. Onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, zərərçəkmiş qadının həyat yoldaşı Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər şəxslərindən biri olub.

Azər Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın