Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda saxta pullar hazırlayan dəstə üzvləri tutuldu – FOTOLAR

Bakıda saxta pullar hazırlayan dəstə üzvləri tutuldu – FOTOLAR

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə Cəlilabad rayon sakini İsmayıl Quliyevin həmyerlisi Əli Abbasov, Ağdam rayon sakini Təbriz Quliyev, Bakı şəhər sakini Xəyal Rəhimov və Abşeron rayon sakini İlahə Bayramova ilə birlikdə mütəşəkkil cinayətkar dəstə yaradaraq saxta pullar hazırlaması və satış ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Dəstə üzvləri sonuncu dəfə külli miqdarda saxta manatın satışını həyata keçirən zaman xüsusi əməliyyat nəticəsində cinayət başında yaxalanıblar.
Saxlanılan şəxslərin üzərindən və Bakı şəhərində kirayə qaldıqları mənzildən külli miqdarda – 10 min manatdan artıq saxta pul əsginasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Ekspert rəyi ilə müəyyən edilib ki, pul əsginaslarının müdafiə texnikası saxlanılan şəxslər tərəfindən ustalıqla saxtalaşdırılıb.
Dəstə üzvləri bildiriblər ki, saxta pul əsginaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb.
Araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın