Ana səhifə / Araşdırma / Bakıda saxta “iPhone” satan fırıldaqçılar peyda olub – FOTOLAR

Bakıda saxta “iPhone” satan fırıldaqçılar peyda olub – FOTOLAR

Xarici ölkə vətəndaşları olduqları iddia edilən həmin şəxslər Azərbaycanda fırıldaqçılıqla məşğul olurlar

Son bir neçə gün ərzində mətbuat orqanlarında və sosial şəbəkələrdə yeni bir fırıldaqçılıq üsulu ilə məşğul olan şəbəkə barədə məlumatlar yayılır.
Belə ki, Rusiya vətəndaşı olduqları iddia edilən şəxslər Bakı sakinlərini aldadaraq, pul qazanırlar. Onlar şəhər sakinlərinə Bakıya Avropa Oyunları ilə bağlı gəldiklərini, bütün pullarını xərclədiklərini və geri qayıtmaq üçün pullarının olmadığını bildirirlər. Buna görə də, mobil telefonlarını ucuz qiymətə satdıqlarını deyirlər. Bu yolla da vətəndaşlarımızı aldadırlar.
Bu fırıldaqçılar bəzən bəhanələrini dəyişirlər. Əsas odur ki, öz qurbanlarını inandıra və bu yolla da aldada bilsinlər. Bu barədə ilk xəbər “Koroğlu” metrostansiyası yaxınlığından gəlmişdi.
Məlumatda qeyd edilirdi ki, “Koroğlu” metrostansiyası yaxınlığında Rusiya nömrə nişanlı avtomobillə digər sürücülərə yaxınlaşıb, telefon satan qadın insanları aldadır. Ya başqa telefon, ya da boş qutu verir. Məsələn, Çin istehsalı olan telefonu orijinal “iPhone” adı ilə təklif edir. Məlumatla birgə həmin şəxsin fotosu da yayılmışdı.
Dünən, yəni iyunun 29-da bu hadisə yenə təkrarlanıb. Lakin bu dəfə qurban,  fırıldaqçı və yer fərqli olub.
Musavat.com-a müraciət edən şəhər sakini Emil Mustafayevin sözlərinə görə, onu da bu formada aldadıblar: “İşdə idim. Binamızın qarşısında bir nəfərin telefon satdığını gördüm və bu, mənim diqqətimi çəkdi. Həmin şəxsə yaxınlaşdım, telefonla maraqlandım. Adı Aleksandr idi. Öyrəndim ki, Rusiya vətəndaşıdır. Dedi ki, içkili olub və bütün pulunu xərcləyib. İndi pulsuz qalıb. Ona görə də, iyunun 5-də aldığı “iPhone” markalı telefonunu satır. Qiyməti də 200 manat… Bütün sənədləri də var idi. Zəmanət kitabçasını da göstərdi. Özünün də bütün sənədlərinin fotosunu çəkmişəm. Buna görə də, inandım və aldım. Üstündən bir qədər vaxt keçdikdən sonra telefonun saxta olduğunu anladım”.
E.Mustafayev deyir ki, telefonu ona satan fırıldaqçıya zəng vurub, və həmin şəxs isə ona cavabında “Get, nə istəsən, et. Pul yoxdur” deyib: “Bu telefon nə markadır, bilmirəm. Amma 100 faiz “iPhone” deyil. Sadəcə, onun görüntüsü yaradılıb. Xüsusi proqramla telefonun menyüsünü “iPhone”-a bənzədiblər. Xarici görünüşü də çox oxşardır. Hiss edilir ki, Çin istehsalıdır. Amma həmin anda bunu anlamamışdım. Onun telefon nömrəsinə zəng vurdum. Mənə dedi ki, “Get, nə istəyirsən, et. Pul yoxdur”. Məsələ ilə bağlı 24-cü polis bölməsinə də şikayə etmişəm. Ümid edirəm ki, nəticəsi olacaq”.







Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın