Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Bakıda sağlamlıq mərkəzinin qarşısında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb – VİDEO

Bakıda sağlamlıq mərkəzinin qarşısında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb – VİDEO

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Asif Məhərrəmov küçəsində 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb.

X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə “Edem” sağlamlıq mərkəzinin qarşısında baş verib. Hadisə zamanı mərkəzə məxsus plafon qırılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın