Ana səhifə / Araşdırma / Bakıda sabiq məhkum gənc oğlanı qətlə yetirdi

Bakıda sabiq məhkum gənc oğlanı qətlə yetirdi

Paytaxtda qətl törədilib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun İ.Hidayətzadə küçəsi ev 3-ün qarşısında qeydə alınıb. Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü Məmməd Məmmədov münaqişə zəminində tanışı, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Zülfüqar Əzizlini bıçaqlayıb. Nəticədə Z.Əzizli xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törədən M.Məmmədov saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın