Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda sərxoş sürücü yol polisinin avtomobilini çəkiclə əzib

Bakıda sərxoş sürücü yol polisinin avtomobilini çəkiclə əzib

Bakıda sərxoş sürücü yol polisinin avtomobilinə hücum edib.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib.
Hadisəni törədən Ş. Bəylərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə şahidləri əvvəlcə yol polisi avtomobilinin qəzaya düşdüyünü ehtimal ediblər.


Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın