Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda sərxoş sürücü yol polisi avtomobilini vurdu – FOTO

Bakıda sərxoş sürücü yol polisi avtomobilini vurdu – FOTO

Paytaxtın Nərimanov rayonunda sərxoş sürücü yol polisi avtomobilini vuraraq qəza törədib.
Azinforum.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Mahmud Mahmudov “BMW” markalı avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən yol kənarında dayana yol patrul xidmətinin avtomobilinə çırpılıb.
Qəza nəticəsində yol polisi əməkdaşı Bədir Bədirli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər sınıq xəsarətləri alan yol polis əməkdaşının vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Qəza törədən sürücü Mahmud Mahmudovun sərxoş olması müəyyən edilib. Söhbət zamanı Mahmud Mahmudov baş verən hadisədən xəbərsiz olduğunu bildirib.
Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Qəzanın səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın