Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıda sərnişin avtobusu abadlıq işçilərini vurdu: iki ağır yaralı (FOTOLAR)

Bakıda sərnişin avtobusu abadlıq işçilərini vurdu: iki ağır yaralı (FOTOLAR)

Bakıda sərnişin avtobusu yol abadlığı ilə məşğul olan texnikaya çırpılıb, “Bakı Abadlıq Xidməti” MMC-nin iki əməkdaşı ağır yaralanıb. 
Musavat.com xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 171 saylı xətt üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusu “Bakı Abadlıq Xidməti”nə məxsus elektromobilə çırpılıb.
Hadisə nəticəsində yol kənarındakı yaşıllıqları suvaran işçilər –  İlqar Şabanov və Elnur Babazədə ağır xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb.
Şahidlərin sözlərinə görə, hadisədən əvvəl iki sərnişin avtobusu bir-biri ilə ötüşürmüş. Sürücü Mehman Əliyev digər avtobusu ötərkən yol kənarındakı kiçik elektromobili gec görüb. Sürət yüksək olduğundan, sürücü avtobusu saxlaya bilməyib.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, ilkin müayinələr aparılıb. Elektromobil avtobusun altında qaldığından, onu oradan çıxarmaq çətinlik yaradıb.
Avtobus cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 








Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın