Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda sərnişin avtobusu qəzet əməkdaşını vuraraq öldürüb – YENİLƏNİB – FOTO

Bakıda sərnişin avtobusu qəzet əməkdaşını vuraraq öldürüb – YENİLƏNİB – FOTO

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusunun vuraraq öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib.
“Report”un xəbərinə görə, bu, Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Fərəcov Eldar Abış oğludur. Belə ki, E.Fərəcov işdən evə qayıdarkən yolu keçmək istəyib. Bu zaman onu avtobus vurub.
E.Fərəcov 2001-ci ildən “Qoroskop” qəzetində satış müdiri vəzifəsində çalışıb. “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, E.Fərəcov 2001-ci ilə qədər “Ədalət” qəzetinin satış müdiri olub.
Xatırladaq ki, avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb, araşdırmalar davam etdirilir.
 
11:33
*****
Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.
“Report”un xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsbəsində qeydə alınıb.
Belə ki, 132 saylı marşut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən “Daewoo” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən piyadanı vurub. Hələlik şəxsiyyəti məlum olmayan kişi piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Bu barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın