Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Bakıda sərnişin avtobus sürücüsünü boğmaq istədi – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü boğmaq istədi – VİDEO

Avtobusu dayanacaqdan kənarda saxlamağa məcbur edən sərnişin sürücünü sükan arxasında boğmağa cəhd edib.
Mia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, 96 nömrəli avtobusda baş verən bu hadisə onu göstərir ki, hələ də bəzi sərnişinlərimiz ictimai nəqliyyatdan istifadə qaydalarını doğru-dürüst anlamır: “Bir daha bildiririk ki, müntəzəm marşrut avtobusları ümumi istifadə üçündür ve müəyyən olunmuş xətt üzrə hərəkət edərək müəyyən olunmuş məntəqələrdə dayanır. Sərnişin avtobuslarının dayanacaqdan kənar saxlamaq qadağandır. Bu hala yol verən sürücü də, sərnişin də bu cür hərəkətlərdən çəkinməlidir. Bir məqamı da qeyd edirik ki, BNA-nın tələbinə əsasən avtobuslarda müşahidə kameraların olması bu kimi xoşagəlməz halların obyektiv araşdırılması və günahkarların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın