Ana səhifə / Araşdırma / Bakıda restoranda qadın həkimləri vəhşicəsinə döydülər (FOTO)

Bakıda restoranda qadın həkimləri vəhşicəsinə döydülər (FOTO)

Bakıda növbəti dəfə təcili tibbi yardım briqadasının həkiminin döyülməsi faktı qeydə alınıb.

Azinforum.az  lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Telnov küçəsi 6 ünvanında yerləşən “Pion palace” restoranına çağırışla gələn təcili tibbi yardım briqadasının həkimi 1987-ci il təvəllüdlü Şamilzadə Aynurə Cavanşir qızı və feldşer Günay Həziyeva xəstənin yaxınları tərəfindən vəhşicəsinə döyülüb.

Zorakılığa məruz qalan qadın tibb işçiləri onları vuran şəxslərin cəzalandırılması üçün polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın