Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Bakıda restoranda dava düşdü

Bakıda restoranda dava düşdü

Bakıda restoranlardan birində ictimai asayişi pozan iki şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisindəki restoranlardan birində ictimai asayişi pozan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Laçın İsmayılov və Fuad Şahverdiyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci Polis Bölməsinə təhvil verilib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən L.İsmayılovun həmin gün Zamir Mehdiyevə və Abdulla Nurəliyevə məxsus mobil telefonları oğurlaması müəyyən edilib.

Araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın