Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Bakıda qız üstündə qan töküldü

Bakıda qız üstündə qan töküldü

Bakının Nərimanov rayonunda qız üstündə adam öldürüblər. Anspress-in məlumatına görə, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.

Yasamal rayon sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov qarın nayihəsindən aldığı bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Baş verən cinayət hadisəsi ilə əlaqədar Nərimanov polisi dərhal araşdırmalara başlayıb. Araşdırmalar zamanı qətldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Kamran Həsənzadə saxlanılıb.

İlkin dindirilmə zamanı Kamran Həsənzadə qətli qız üstündə törətdiyini bildirib. Belə ki, 29 iyun səhər saat 05 radələrində Nazim Ələkbərov sevdiyi qızla onların məhəlləsində dayanıb söhbət edib. Bu zaman Kamran Həsənzadə oğlana irad tutub. Nəticədə aralarında münaqişə başlanıb.

Münaqişə zamanı Kamran Həsənzadə bıçağa əl atıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın