Bazar , Noyabr 17 2019
Ana səhifə / Araşdırma / Bakıda QHT sədrinə 12 il həbs – Amnistiyaya düşmüşdü

Bakıda QHT sədrinə 12 il həbs – Amnistiyaya düşmüşdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizlik Xidmətində saxlanılan “Yeni Sabah” Qeyri Hökümət Təşkilatın sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo“nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə İ.Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Əliyev Cinayət Məcəlləsin 179.3.2( mənimsəmə), 192.1(qanunsuz sahibkarlıq), 228.4( qanunsuz silah), 308.2(vəzifə səlahiyyətləri aşma), 310(vəzifəli şəxsin səlahiyyətləri mənimsəmə) maddələri ilə təqsirləndirilir.

İ.Əliyev 1996-cı ildə Nizami rayon Məhkəməsin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlqar Əliyev 2001-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb.

 

Həmçinin oxuyun

“İşğal olunmuş auditoriya” – Xankəndi Pedaqoji İnstitutu da erməni millətçiliyinin qurbanı olub – FOTOLAR

Mən Xankəndi Pedaqoji İnstitutunun məzunu deyiləm, amma sonuncu tələbəsiyəm, auditoriyalar ermənilər tərəfindən işğal olunarkən institutu …

Bir cavab yazın