Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Araşdırma / Bakıda qaynını güllələyən yeznə: “Bir patronum vardı…”

Bakıda qaynını güllələyən yeznə: “Bir patronum vardı…”

Bakıda qaynını güllələyən yeznə hadisənin təfərrüatlarından danışıb.

Musavat.com xəbər verir ki, Mehman Əsədov təxminən 15 gün əvvəl ailəsində münaqişə yarandığını və qaynıgilin həyat yoldaşını, eləcə də, övladlarını apardığını bildirib: “Məni polisə vermişdilər. Sonra ağsaqqalar yığışdılar, bizi barışdırdılar. Üç gün keçdi. İşdən qayıdanda gördüm ki, yenə ailəmi aparıblar. Dünən zəng elədim, qaynatamla 40 dəqiqəyə yaxın danışdıq. Amma barışmadılar”.

Mehman Əsədov bildirib ki, hadisəni törətdiyi tüfəng 5 ildir ondadır. Onun sözlərinə görə, hadisə günü böyük qaynı ilə görüşüb, amma razılığa gələ bilməyiblər. Daha sonra yeznə kiçik qaynı Elnar Canatova zəng edib: “Dedi ki, mən “Eurohome”da işləyirəm, heç kim mənə heç nə eləyə bilməz. Getdim bazara. Qaranlıqda atəş açdım. Bir patronum var idi. Bilmədim, harasına dəydi. Üstümə gəlirdi, atdım”.

Xatırladaq ki, yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib, hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əsədov tutulub, ondan “İJ-58” markalı tüfəng və 5 ədəd patron götürülüb.

Həmçinin oxuyun

DEPUTATLA MOK-un VİTSE-PREZİDENTİ ARASINDA 500 MİNLİK QALMAQAL – İbrahimovlar onları üz-üzə qoyub

Deputat Adil Əliyev iddia edir ki, 11 il əvvəl mənzil və obyekt almaqdan ötrü yarım …

Bir cavab yazın