Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda qardaşın üzərinə silah çəkib bacısını aparmaq istədilər

Bakıda qardaşın üzərinə silah çəkib bacısını aparmaq istədilər

Bakıda silahlı hücum olub.Hadisə Azadlıq prospekti 28 ünvanında qeydə alınıb.
Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Mövsüm İlham oğlu Rəhimov özünə məxsus “Lada Kalina” markalı, 10 UM 279 dövlət nömrə nişanlı maşında bacısı, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova ilə birlikdə olarkən “Lexus” markalı avtomobillə onlara yaxınlaşan naməlum şəxs tapança çıxararaq onları hədələyib və Vüsaləni özü ilə aparmaq istəyib.
Səs-küy yarandığı üçün məqsədinə nail ola bilməyən həmin şəxs ərazini tərk edib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.(apa)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın