Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Araşdırma / Bakıda qadının ağzının kəsildiyi cinayətin VİDEOSU

Bakıda qadının ağzının kəsildiyi cinayətin VİDEOSU

Dünən Binəqədi rayonunda baş verən cinayət hadisəsi telefonun yaddaşına qeyd edilib.

Axar.az-ın ünvanına göndərilən videoda bıçaqlanan qadının yerdə uzandığı, cinayətkarı isə yaşlı bir kişinin tutub saxlamağa cəhd göstərdiyi görünür. Cinayətkar əlindən bıçağı yerə atdıqdan sonra isə onu saxlayan şəxsin də yaralandığı aydın olur.

Xatırladaq ki, olay ötən gün, Azadlıq prospektində qeydə alınıb. Belə ki, 42 yaşlı Əlizadə Ellada Vladimirovna və 50 yaşlı Cələbov Cələb Fətulla oğlu bıçaqlanıb.

Hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, naməlum şəxs E.Əlizadənin ağzına və gözünə bıçaqla xəsarət yetirdikdən sonra C.Cələbovun da qulağına və qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, E.Əlizadənin dili və dodaqları kəsilib. Qadın görmə qabiliyyətini itirməməsi üçün Zərifə Əliyeva adına Göz Klinikasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda toylara görə 1 nəfər həbs edilib, 90 nəfər cərimələnib

İyulun 29-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi …

Bir cavab yazın