Şənbə , Noyabr 28 2020
Ana səhifə / Araşdırma / Bakıda qadın sürücü maşınla qəsdən adam vurdu

Bakıda qadın sürücü maşınla qəsdən adam vurdu

Paytaxtda qadın sürücü avtomobillə qəsdən adam vurub.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini İlkin Şahbazov ərizə ilə polis idarəsinə müraciət edərək bildirib ki, sentyabrın 11-də Məhəmməd Hadi küçəsində avtomobillə hərəkət edən zaman eyni istiqamətdə hərəkətdə olan 1985-ci il təvəllüdlü Günel Mahmudova idarə etdiyi “Hyundai Sonata” markalı 90 SF 136 dövlət nömrə nişanlı avtomobillə qəza şəraiti yaratdığı üçün ona iradını bildirib. Bu zaman onların arasında mübahisə baş verib və G. Mahmudova xuliqanlıq zəminində avtomobili İ. Şahbazovun üzərinə sürərək onu vurub. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın